Kişiləri təhqir edən  məşhur aktrisa məhkəməyə verilir
14 avqust 2024 15:26 (UTC +04:00)

Kişiləri təhqir edən məşhur aktrisa məhkəməyə verilir

Sosial şəbəkədəki səhifəsində tez-tez paylaşımları ilə gündəmə gələn Merve Boluğur bir müddət əvvəl kişilərlə bağlı paylaşımı ilə başına dərd açıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Kişilərin Müdafiəsi Dərnəyi, "Kişilərin 99 faizi şərəfsizdir" deyən Boluğuru məhkəməyə verəcəyini açıqlayıb.

Müğənni Murat Dalkılıcla cəmi 53 gün evli olan aktrisanın boşanması uzun müddət maqazin gündəmində qalıb. Merve Boluğur ötən aylarda yeni münasibətə başlayıb. Ancaq bu münasibətdə gözlədiyini tapa bilməyən və ayrılan aktrisa kişilərlə bağlı təəccüblü açıqlamalar verib.

Kişilərin Müdafiəsi Dərnəyi qeyri-hökumət təşkilatı sosial media hesabında “Görəcəyik kimin şərəfsiz olduğunu, məhkəməyə veririk” şəklində açıqlama yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4638
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar