Kim Kardaşyan bacısının keçmiş sevgilisi ilə eşq yaşayır
09 fevral 2024 10:28 (UTC +04:00)

Kim Kardaşyan bacısının keçmiş sevgilisi ilə eşq yaşayır

Payızdan bəri, Kim Kardaşyanın, bir neçə il əvvəl bacısı Kloe Kardasyan ilə sevgili olmuş amerikalı futbol ulduzu Odell Beckham ilə münasibəti ilə bağlı şayiələr yayılır.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kim onunla dost olduğunu və buna görə də romantikadan danışmaq üçün hələ tez olduğunu bildirib.

Görünür, cütlük  münasibətləri barədə açıqlama vermək istəyir, ancaq idmançı çox aktiv ictimai həyat sürmür və ətrafdakıların güclü diqqəti onun üçün asan deyil. “Odell zəifdir və Kim diqqət mərkəzində olmağa öyrəşib. İndi onların münasibətlərində növbəti addımın nə olacağı çox maraqlıdır”, - deyə qəzetlər yazır. 
 

# 13728
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar