İlin ən populyar və dinlənilən ifaçısı  AÇIQLANDI
31 may 2022 14:19 (UTC +04:00)

İlin ən populyar və dinlənilən ifaçısı AÇIQLANDI

2022-ci ilin ən populyar və dinlənilən ifaçıları açıqlanıb. 

Lent.az xəbər verir ki, bu barədə “Chart Data” portalı məlumat yayıb.

Məlumata görə, kanadalı reper Dreyk 2022-ci ilin ilk 5 ayında ən çox dinlənilən sənətçi olub. Reper üç milyarda yaxın baxış sayı toplayıb.

Onu siyahıda  “YoungBoy Never Broke Again” (2,8 milyard baxış), Taylor Svift (2,5 milyard baxış) və “Juice WRLD” (2,2 milyard baxış) izləyir. 2 milyard baxışla beşinci yerdə ifaçı “The Weeknd”dir. 

Kanye Uest 1.9 milyardla altıncı yerdədir. Yeddinci yerdə Lil Durk (1,7 milyard), səkkizinci yerdə Morqan Uollen (1,7 milyard), doqquzuncu yerdə isə Eminem (1,5 milyard) qərarlaşıb. Siyahının onuncu yerində isə amerikalı reper Future tutub. Onun mahnıları 1,5 milyard dəfə dinlənilib.

Dreyk
 

# 2736
avatar

Sevinc Fərid

Oxşar yazılar