12:11 20 aprel 2021

İkinci dəfə evlənən məşhurumuza BNA-da VƏZİFƏ VERİLDİ

Azərbaycanlı reper Qurd  (Fərid Eminov) Bakı Nəqliyyat Agentliyində (BNA ) vəzifə verilib.

Lent.az xəbər verir ki, reper BNA-də baş mühəndis vəzifəsində çalışır. 

Xatırladaq ki, 1985-ci ildə anadan olan reper Qurd  (Fərid Eminov) Azərbaycan Texniki Universitetinin Texniki təhlükəsizlik üzrə mütəxəssis fakültəsini bitirib. 

Qurd bir müddət öncə   tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə evlənib. Bu reperin ikinci evliliyidir. Onun xanımı piano müəllimidir.  

Reper Qurd (Fərid Eminov) və həyat yoldaşı Leyla Məmmədova

# 6705
avatar

Yalçın UĞUR

Oxşar yazılar