İbrahim Tatlısəsin oğlu üçüncü dəfə baba  oldu
24 sentyabr 2022 11:40 (UTC +04:00)

İbrahim Tatlısəsin oğlu üçüncü dəfə baba oldu

"İmperator" adlanan İbrahim Tatlısəsin oğlu Ahmet Tatlısəs üçüncü dəfə baba olub.

Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.

A. Tatlıses qız nəvəsi üçün bu sözləri yazıb:

"Sevgi və hörmət dolu bir ailənin ən dəyərli xəzinə olduğunu hamımız bilib qəbul edirik, deyilmi? Bu xəzinəni dəyərli edən iki şey var: öncə onu tapmaq, sonra dəyərini bilmək...Bu gün üçüncü dəfə baba oldum. Övladım Mərtimin üçüncü körpəsi dünyamıza gəldi.

Ayza qızım, adı kimi ay üzlü qızım, xoş gəldin, səfalar gətirdin... Xeyirli bir insan və övlad ol, İnşallah. Allah səni bizə bağışlasın".

Qeyd edək ki, iş adamı Ahmet Tatlıses 3 dəfə evlənib, Mert onun ilk evliliyindən olan oğludur.

# 3864
avatar

Nigar Namiq

Oxşar yazılar