Gənc reper  şənlikdə güllələndi - VİDEO
01 noyabr 2022 16:40 (UTC +04:00)

Gənc reper şənlikdə güllələndi - VİDEO

Amerikanın məşhur rep qrupu "Miqos"un ən gənc üzvü Takeoff adlı repçi güllələnib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əsl adı Kirşnik Harri Boll olan 28 yaşlı ifaçının Hyustonda öldürüldüyü bildirilir.

Repçi Quavo adlı həmkarı ilə birlikdə promouter Jas Prinsin şənliyində olub. O, buradakı şəxslərdən biri ilə münbahisə edən zaman güllələnib. Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Quavo, Offset və Takeoff 2008-ci ildə musiqi sahəsinə qədəm qoyublar. Qrup əvvəlcə "Polo Club" adlanırdı, lakin sonralar adını "Migos" olaraq dəyişdirib. Qrup 2011-ci ildə  "Juug Season" adlı ilk tammetrajlı layihəsini buraxıb.

# 3093
avatar

Nigar Namiq

Oxşar yazılar