Ferhat Göçer
22 fevral 2022 17:29 (UTC +04:00)

Ferhat Göçer

Ferhat Göçer azərbaycanlı jurnalistlərdən üzr istədi

Türkiyəli məşhur müğənni Ferhat Göçer Bakıya gəlib.  

Lent.az xəbər verir ki, ifaçı şəhərin görkəmli məkanlarının birində verəcəyi konsertdən əvvəl yerli mətbuata müsahibə verəcəyini bildirib. 

Amma Göçer müsahibə vermədən səhnəyə çıxaraq konsertdə çıxış edib. Daha sonra müğənninin şou proqramı bitib. 

Səhnə tamamilə yığışdırıldıqdan sonra Ferhat Göçer jurnalistlərə müsahibə vermək qərarına gəlib. O, müsahibənin konsertdən sonra baş tutduğuna görə bütün media əməkdaşlarından üzr istəyib. 

Bildirilir ki, müğənninin konsert biletləri 200-600 manat aralığında olub. 
 

# 4890
avatar

Sevinc Fərid

Oxşar yazılar