Müğənni Elnarə Xəlilova “Əvəzimi tap” adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Şəhriyar Ramazanzadə, aranjeman Hasan Haidaryə məxsusdur. Klipin əsas süjet xətti kick-boxing idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır. Müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxdığını deyib: “İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının qalibi olan və medalllar qazanan idmançılarımıza həsr edirəm”.
3 aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, “Cobra” İdman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kick-box dərsləri keçib. Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim üstası Fatimə Vazehidir.

Müğənni Elnarə Xəlilova
Elnarə idmançılarla bir araya gəldi - VİDEO
Oxşar yazılar

Dilan Polat və əri avtomobil qəzası keçirdi: "Ölümdən döndük"
21 may 2025 , 15:20
Məşhur müğənni Maradonanın öldüyünü indi bildi
21 may 2025 , 15:19
Nesrin Cavadzadədən azərbaycanlı izləyicilərini qəzəbləndirən PAYLAŞIM
21 may 2025 , 15:05
Xalq artistinin qolu sındı
20 may 2025 , 18:21Gökseli bu halda görənlər onu tanımadılar
20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya
20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat olundu
20 may 2025 , 02:41