Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanır.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Bodrum Ailə Məhkəməsinə müraciət edən Ebru həyat yoldaşının ona xəyanət etdiyini deyib. Ərizəsində “Həyatında başqa qadınlar var”, - sözlərini yazıb.
Qeyd edək ki, R. Zərrab 2016-cı ildə Mayamiyə səfəri zamanı yenidən həbs olunub. Cütlük 11 ildir evlidir, bu evlilikdən bir qız övladları var.