Əməkdar artist Mətanət İsgəndərlinin qalmaqal yaşadığı keçmiş gəlini Canana (Aynur Vaqifqızı) yenidən keçmiş ailəsi ilə bir araya gəlib.
Lent.az-ın xəbərinə görə, Canana oğlu Tuncayın 15 yaşı münasibəti ilə keçirilən doğum günü məclisində iştirak edib. O, çəkilən fotoları öz sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Görüntülərdə onun keçmiş qayınanası Mətanət İsgəndərli də yer alıb.
M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı var. Canana Apelyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.