Bred Pitt  rusiyalı milyarderin   Ancelina Coliyə məktubunu göstərdi
30 oktyabr 2023 19:10 (UTC +04:00)

Bred Pitt rusiyalı milyarderin Ancelina Coliyə məktubunu göstərdi

0

Ancelina Coli keçmiş əri Bred Pittlə ortaq biznesi olan şərabçılıq zavodunun hissələrini onun icazəsi olmadan 67 milyon dollara satıb. Bu tərəflər arasında mübahisəyə səbəb olub.

Lent.az-ın xəbərinə görə, bu günlərdə Bred Pitt  rusiyalı oliqarx Yuri Şeflerin Coliyə yazdığı məktubu mediaya nümayəndələrinə göstərib.

O bildirib ki, rusiyalı oliqarx Coli ilə razılaşaraq, ona qarşı gizli işbirliyinə girib. Aktyor məktubu sübut kimi məhkəməyə təqdim edib.

Məktub 2022-ci ilin may ayında yazılıb. Bred Pitt Colinin oliqarxla intim münasibətlərinin olmasına eyham vurub. Məktubda rus milyarderin Ancelina Colini Şotlandiyadakı malikanəsinə dəvətindən, eləcə də Pittdən gizli iş danışıqlarından bəhs edilir.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5313

Oxşar yazılar