Müğənni Aynur Dadaşova dünyasını dəyişən bacısı barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Həmin Zaur” verilişində bacısının ölümündən danışanda göz yaşlarına hakim ola bilməyib:
“Bacım 3 il idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Amma həyat sevən qadın idi. Ona baxan deməzdi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onu müalicə edən həkimlərlə yalnız mən danışırdım. Həkimlər dedi ki, Aynur, onun bədənində 20 faiz yer qalıb. Bədənində çürümə gedirdi. Onun 14 yaşında bir qızı qaldı. Allah hamıya səbr versin. Bacım hər zaman mənə deyirdi ki, gözlərin niyə kədərlidir? Mən bu günümə də şükür edirəm. Hər zaman mənə deyirlər ki, sən daşsan, dəmirsən, necə dözürsən? Allah mənə nə yazıbsa, ona da şükür edən adamam”.
Qeyd edək ki, A.Dadaşovanın bacısı Günel 2020-cil il oktyabrın 25-də xərçəng xəstəliyindən dünyasını dəyişib.