Ancelina Coli Bred Pittə  uduzdu
13 mart 2024 19:06 (UTC +04:00)

Ancelina Coli Bred Pittə uduzdu

Amerikalı məşhur aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı məhkəməni uduzub. Onların arasındakı məhkəmə davası cütlüyün birgə şərab zavodunun payının rusiyalı oliqarx Yuri Şeflerə satılması ilə bağlı başlamışdı.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktrisanın vəkilləri Pittin iddiasına etiraz etməyə çalışsalar da, məhkəmə bu cəhdi rədd edib.

Keçən ilin payızında Coli ərindən gizli şəkildə rusiyalı oliqarxla sövdələşməyə girib öz hissələrini ona satmışdı. O, keçmiş ərinin ona 350 milyon dollar borcu olduğunu əsas gətirərək belə bir addım atmışdı.

Pitt keçmiş arvadını oliqarxla əlbir olmaqda ittiham edib və onun təsdiq etmədiyi sövdələşməni həyata keçirməklə müqaviləni pozduğunu bildirib.

# 3690
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar