“Anam məni buna görə  çox döyüb,   kaş sağ olaydı” – Telli Borçalı
15 mart 2024 16:55 (UTC +04:00)

“Anam məni buna görə çox döyüb, kaş sağ olaydı” – Telli Borçalı

Aşıq Telli Borçalı efirdə kövrək anlar yaşayıb.

Lent.az-ın xəbərinə görə, qatıldığı proqramda ana-ata itkisindən danışıb ağlayan aşıq deyib:

“Anamın yanından ayrılıb Bakıya çatdım, dedilər, “rəhmətə gedib, gəl”. Hələ də özümə deyirəm ki, kaş onun yanında 1 gün çox qalaydım, son nəfəsində yanında olaydım. O qədər deyib, a bala, getmə, bir gün də qal, filan yeməyi bişirmişəm, sən sevirsən, ye get filan.

Tələsmişəm, toyum olub getmişəm. Amma indi baxıram ki, toylar var, anam yoxdur. Mən anama sağlığında deyirdim ki, atamı səndən çox istəyirəm. çünki anam məni saz çaldığıma görə çox döyüb. İstəmirdi bunu. Atam icazə verirdi. Anamı itirəndən sonra anladım ki, əslində onu dünyada hər şeydən çox istəmişəm”.

# 6033
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar