Alişandan boşanma xəbərinə REAKSİYA
09 fevral 2022 16:44 (UTC +04:00)

Alişandan boşanma xəbərinə REAKSİYA

Türkiyəli müğənni Alişan həyat yoldaşı Buse Varol ilə çıxan boşanma xəbərlərinə münasibət bildirib. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu barədə öz şəxsi “Instagram” hesabında yazıb. 

“Müraciətlər edilib... Qərarlar alınıb... Yox, o haqlı imiş, yox, bu haqlı imiş... Qardaş itkisinin acısını yaşayarkən, yeni özümə gəlməyə başlayarkən, hər gün göz yaşı tökən anamı, həyat yoldaşımı, uşaqlarımı, rəhmətlik qardaşımın yoldaşını və qızlarını, nə olar, rahat buraxın... Bunlar hər ailədə baş verə biləcək şeylərdir... Biz bir qərar alsaydıq bunu açıqlayarıq. Amma, zəhmət olmasa,  bizim adımıza qərar verməyin. Qərarı biz verək. Sonra nə istəsəniz danışarsınız, şərh edərsiniz” – deyə Alişan qeyd edib. 

Qeyd edək ki, dünəndən cütlüyün boşanmaq üçün məhkəməyə müraciət etdiyi barəsində xəbərlər yayılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Sevinc Fərid

Oxşar yazılar