Müğənni Zəminə Məmmədova qızı Şəhanə
15 aprel 2021 11:13 (UTC +04:00)

Müğənni Zəminə Məmmədova qızı Şəhanə

3 dəfə boşanan azərbaycanlı müğənnini qətlə yetirib - ANASININ ETİRAFI - VİDEO

"Toylar kraliçası" müğənni Zəminə Məmmədova qızı Şəhanənin qətlə yetirilməsi barədə danışıb.

Lent.az-ın məlumatına görə, Zəminə bildirib ki, qızını həyat yoldaşı qətlə yetirib:

"Bu, qızımla həyat yoldaşının 3-cü boşanması idi. Onlar 2 dəfə boşanıb, sonradan barışıblar. Qızım barışırdı, sonra eyni problemlər yenidən yaşanırdı. 16 yaşında qızıma elçi gəldilər. Mən də ailə qurmaqlarına razılıq verdim. Əvvəl o, müğənnilik etmirdi. Sonradan imkanı olmadığına görə müğənniliyə başladı. Mən özüm də müğənniyəm. Əri onu toylara aparırdı. Qızımın 2 övladı məndə, həyat yoldaşı isə hazırda həbsdədir. O, qızıma barışmasa öldürəcəyini demişdi: "Ya torpağınsan, ya mənim". Qızım mənə dedi ki, yenə barışmağını istəsəm, o öldürməsə də, özü intihar edəcək".

Xatırladaq ki, Şəhanə "Musiqili meydan" yarışmasının iştirakçısı olub. Həyat yoldaşı Murad onu bıçaqla qətlə yetirib.

Müğənni Zəminə Məmmədova qızı Şəhanə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13161
avatar

Yalçın UĞUR

Oxşar yazılar