Faiq Ağayev: “Flora Kərimova  sabahını düşünsün”
22 aprel 2009 13:30 (UTC +04:00)

Faiq Ağayev: “Flora Kərimova sabahını düşünsün”

Bu gün Yasamal rayon məhkəməsində xalq artisti Flora Kərimova ilə Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının xalq aristi Faiq Ağayevə qarşı “şərəf, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” barədə iddia ərizəsi, habelə Faiq Ağayevin Flora Kərimovaya qarşılıqlı iddia ərizəsi üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Faiq Ağayevin mətbuat xidməti və vəkili Kamil Məmmədov məhkəmə ilə bağlı Lent.az-a bəyanat təqdim edib. Bəyanatda məhkəmə zamanı T.Abbaslının vəkili və F.Kərimovanin vəkili Yunis Vəliyevin məhkəməyə etiraz etdiyi iddia olunur: “Məhkəmə etirazı əsassız hesab edərək, ona baxmayıb. Daha sonra Faiq Ağayevin vəkili Kamil Məmmədov ilkin və qarşılıqlı iddialara səbəb olmuş yazılarda tərəflərin şərəf və ləyaqətini alçaldan kəlmələrin mövcud olub-olmamasını müəyyən etmək uchun məhkəmədən linqvistik ekspertiza təyin etməyi xahiş edib. Məhkəmə qısa müşavirədən sonra Faiq Ağayevin vəkilinin bu vəsatətini təmin edib”.

Faiq Ağayev son günlər Flora Kərimovanın məhkəmə prosesi ilə bağlı müsahibələrinə münasibət də bildirib: “Flora Kərimovanın növbəti uydurmaları məni heç təəccübləndirmir. Öz əməllərini başqasının boynuna atmaqda F.Kərimova mahirdir. Yaxşı olar ki, həqiqətə uyğun olmayan, baş verməyən hadisələr barədə yalançı müsahibə verməkdənsə cəmiyyətin qarşısında dediklərini və etdiklərini etiraf edib, günahlarını boynuna alsın, sabahını düşünsün”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228

Oxşar yazılar