Əli Mirəliyev tələbəsinin ilk klipini təqdim etdi
03 mart 2009 10:30 (UTC +04:00)

Əli Mirəliyev tələbəsinin ilk klipini təqdim etdi

Müğənni Əli Mirəliyev tələbəsi Alim Məmmədovu mətbuat nümayəndələrinə təqdim edib.

Lent.az-ın məlumatına görə, müəllimlə tələbəsinin bu gün təşkil etdiyi mətbuat konfransında Alim Məmmədovun ilk klipinin təqdimatı da keçirilib. Alimə dəstək vermək məqsədi ilə xalq artisti Flora Kərimova, müğənnilər Cavid Hüseyn, Aslan, Elariz, Kərim və digərləri də tədbirə qatılıblar.

Müğənniləri savadsızlıqda ittiham edən Əli Mirəliyev tələbəsinin gələcəyinin parlaq olduğunu deyib. O, tələbəsinin müğənnilikdən başqa, bəstəkarlıq qabiliyyətinə malik olduğunu da bildirib.

Leyla
# 1485

Oxşar yazılar