Özbək plovu: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
16 fevral 2020 18:20 (UTC +04:00)

Özbək plovu: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

 

Bu dəfə sizi sosial şəbəkədə Elmira Qadirova adı ilə tanınan səhifəyə istinadla özbək plovunun necə hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi

 

Düyü -500 qr.

Mal əti tikə -500 qr.

Soğan -500 qr.

Kök – 500 qr.

Yağ - 0,5 stəkan (qarğıdalı)

Cirə - 1 çay qaşığı

Duz – 2 çay qaşığı

İstiot - 0,5 çay qaşığı

Zirinc – 1 xörək qaşığı (zövqə görə)

 

Hazırlanması

 

Bu plovun öz xüsusi yumru düyüsü var. Olmasa, uzun düyüdən istifadə edin.

Özbək plovun püf nöqtəsi bitki yağıdır. Yağı tüstüsü çıxana qədər dağ edin, sonra birinci əti əlavə edin, yaxşı qovurun. Daha sonra soğan və növbə ilə kök əlavə olunur və qovurulur. Hazır olanda bura duz, istiot, cirə və zirinc əlavə olunur.

 

Bu qarışığın üstünə çıxana qədər su tökün. 20 dəqiqə bişdikdən sonra düyünü əlavə edin. Alçaq odda hazır olana qədər bişirin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7307
avatar

Oxşar yazılar