Evinə meteorit düşdü: milyonçu oldu
19 noyabr 2020 19:54 (UTC +04:00)

Evinə meteorit düşdü: milyonçu oldu

Evinə meteorit düşən bir indoneziyalı milyonçu olub.

Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, Şimali Sumatrada yaşayan Josua Hutagalung evinin damını deşərək bağına düşən 2,1 kiloqram meteoriti amerikalı kolleksiyaçı Jay Piatekə satıb.

1,4 milyon lirəyə satılan meteoritin 4,5 milyard yaşında olduğu təxmin edilir.

Meteoritin CM1 / 2 karbonlu "Kondrit" olaraq təsnif edilən nadir bir növ olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4332

Oxşar yazılar