Dırnaqlarda yaranan dəyişikliklər nəyin əlamətidir?
27 iyun 2020 18:44 (UTC +04:00)

Dırnaqlarda yaranan dəyişikliklər nəyin əlamətidir?

Dırnaqlarda qırılma, kövrəklik, saralma, qaralma, göyərmə, qanlanma, qalınlaşma, ayrılma, ağrı, şişmə, qızartı və s. kimi dəyişmələr dırnaq xəstəliyindən xəbər verir.

e-tibb.az  xəbər verir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli bildirib. Onun sözlərinə görə, bəzi dırnaq xəstəlikləri dəri patologiyaları ilə paralel şəkildə yaranır. Yəni, dəri xəstəlikləri yarandığı zaman paralel olaraq ayaq və əl dırnaqları da zədələnə bilir. Məsələn, əl ekzeması xəstəliyi zamanı bütün dırnaqlarda deformasiyalar yarana bilər. Belə olan halda dəri xəstəliyi dırnaqlarla birlikdə müalicə edilir. Dırnaqların göbələk mənşəli xəstəliyi isə ən sıx görülən dırnaq problemlərindən biridir. Bu xəstəliyin tam müalicəsi mümkündür. Həkim deyib ki, dırnağın göbələk infeksiyasını müalicə etmək üçün bəzən aylar lazım olur:

“Xəstə səbrli olarsa və kontrollara zamanında gələrsə bu işi sonuna qədər çatdırmaq mümkündür. Çox adam düşünür ki, dırnaq xəstəlikləri müalicə edilmir. Bu, xətalı fikirdir. Dırnaq xəstəlikləri müalicə edilir lakin, bu sualın cavabı həm də xəstəliyin növündən asılıdır”.

M.İskəndərli vurğulayıb ki, bəzi dırnaq xəstəliklərinin müalicəsindən çox onun daxili orqan və sistemlərin patologiyalarına işarə olması önəmlidir:

“Cünki,  dırnaq xəstəliklərinə səbəb olan daxili xəstəliklər aradan qaldırılmasa, dırnaqların düzəlməsi mümkün deyil. Bundan başqa dırnaqlardakı problemlər əgər daxili orqanların xəstəliklərinin aşkar edilməsində rola sahibdirsə o zaman xəstələr dırnaq şikayəti yarandığı zaman dermatoloq həkimə müraciət etməlidirlər ki, həyati təhlükəli sistem problemləri zamanında aşkar edilsin və lazımi tədbirlər görülsün”.

Dermatoloq bildirib ki, bəzi hallarda həkim səbəbləri araşdırmaq üçün xəstədən əlavə olaraq mikrobioloji, laboratuar, radioloji analizlər istəyə bilər. Diaqnozu dəqiqləşdirmək üçün hətta dırnaq biopsiyası tələb edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5692
avatar

Oxşar yazılar