Siyəzəndə dəm qazından KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
04 aprel 2026 11:43 (UTC +04:00)

Siyəzəndə dəm qazından KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

0

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib.

Onlardan 2 nəfər – 14 yaşlı Rəsulova Leyla Şamil qızı və 30 yaşlı Hacıyeva Xəyalə Adil qızı (11.04.1996) təcili tibbi yardım briqadası (103 xidməti) vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər – 37 yaşlı Kərimova Azadə İsmayıl qızı, 30 yaşlı Cəlilova Zeynəb Şəfaqət qızı və 46 yaşlı Nəzərova Vəfa Mürvət qızı isə yaxınları tərəfindən tibb müəssisəsinə gətirilib.

Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib. Vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar