Ana oğlunu sağaltmaq üçün qızını öldürdü
04 aprel 2026 11:40 (UTC +04:00)

Ana oğlunu sağaltmaq üçün qızını öldürdü

0

Hindistanda bir qadın xəstəlikdən əziyyət çəkən oğlunu sağaltmaq məqsədilə 17 yaşlı qızını qurban verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın fiziki və psixi problemlərdən əziyyət çəkən oğlunun müalicəsi üçün tez-tez 55 yaşlı bir okkultist qadına müraciət edirmiş. Həmin şəxs anaya oğlunun sağalması üçün bakirə bir qızın qurban verilməsini “məsləhət görüb”.

Ana bu “məsləhətə” əməl edərək öz qızını qurban verməyə qərar verib. Hadisənin məhz həmin “mütəxəssisin” evində baş verdiyi bildirilir. Cinayətdən sonra qızın cəsədi bağda basdırılıb.

Qeyd olunur ki, şübhəlilər istintaqı çaşdırmaq üçün hadisəni zorlanma kimi təqdim etməyə çalışıblar. Lakin ekspertiza və tibbi müayinə bu versiyanı təsdiqləməyib. İş məhkəmə tərəfindən icraata götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar