50 yaşdan sonra arıqlamaq olmur?
17 fevral 2020 09:10 (UTC +04:00)

50 yaşdan sonra arıqlamaq olmur?

Yaş artdıqca artıq çəki yaranma riski daha çox olur. O da sirr deyil ki, 50 yaşdan sonra arıqlamaq cəhdləri 30 yaşdan sonra olduğundan daha az təsirli olur. Amma buna baxmayaraq, bu yaşda da müəyyən qaydalara əməl olunsa, artıq çəkidən qorunmaq olar.

Mütəxəssislər bunun üçün daha çox ədviyyat qəbul etməyi məsləhət görürlər. Onlar yalnız maddələr mübadiləsini sürətləndirmir, həm də yağlı və şirin qidalardan daha asan imtina etməyə kömək edir.

Yemək yeyərkən asta-asta çeynəmək lazımdır, çünki doymaq hissi müəyyən bir müddətdən sonra yaranır və uzun-uzadı çeynəmək bu müddəti tezləşdirir.

Bundan başqa, əsas məsələ həm də fiziki aktivlikdir. Uzun gəzintilər, velosiped və ya üzgüçülük əla vasitə sayılır.
Mütəxəssislər kalori hesablamaq vərdişindən imtina etməyi və bunun əvəzinə sağlam qidalara üstünlük verməyi məsləhət görürlər.

Bundan başqa, gün ərzində bol miqdarda maye-su qəbul etmək, zülal tərkibli qidalar bədən çəkisinin hər kiloqramı üçün 1 qram protein qəbul etmək məsləhət görülür.

e-tibb.az 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4061
avatar

Oxşar yazılar