Yüksək səslə musiqiyə qulaq asan qızı çəkiclə öldürdü
12 aprel 2023 14:02 (UTC +04:00)

Yüksək səslə musiqiyə qulaq asan qızı çəkiclə öldürdü

Rusiyanın Rostov vilayətində 17 yaşlı qız döyülərək öldürülüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə vilayətin mərkəzi Rostov-na-Donu şəhərində qeydə alınıb. Cinayəti törədən 42 yaşlı kişiyə qarşı həbs-qətimkan tədbiri seçilib.

Hadisə aprelin 9-da yeniyetmənin yaşadığı evdə baş verib. Yüksək səsli musiqidən şikayət edən kişi gənc qıza hücum edərək onun başına çəkiclə azı 10 zərbə endirib. Nəticədə qız yerindəcə keçinib.

Qısa zamanda polis həmin şəxsi həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Oxşar yazılar