Sumqayıtda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğuna görə tutulan Bakı şəhər sakini E.Məmmədovun ətrafında araşdırma aparılıb.
Nəticədə onun aprelin 9-da şəhər ərazisində bir qadının içərisində pul və bank kartı olan cüzdanını soyğunçuluq yolu ilə talaması da müəyyən olunub.