Rusiyada qadın nikahdankənar həyat yoldaşını qətlə yetirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tver vilayətinin Lixoslavl şəhərində binalardan birində baş verib. Buradakı evlərin birindən 40 yaşlı kişi meyiti tapılıb.
Onun qətlində nikahdankənar həyat yoldaşı şübhəli bilinib. İstintaqın məlumatına görə, ötən həftə sonu qadın evdə sərxoş vəziyyətdə olub. Ehtimal ki, partnyoru ilə münaqişəyə girərək onun başına vurmağa başlayıb, sonra isə sinə nahiyəsinə bıçaqla bir neçə zərbə endirib.
Kişi aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Təqsirləndirilən şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başlanıb.