Şəmkirdə silahlı İNSİDENT
01 iyun 2023 11:33 (UTC +04:00)

Şəmkirdə silahlı İNSİDENT

Şəmkirdə silahlı insident baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər.

Araşdırma aparılır.

# 2142
avatar

Oxşar yazılar