Şəmkirdə DƏHŞƏT:  ata qızını bıçaqlayıb özünü asdı
03 iyun 2023 11:37 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏT: ata qızını bıçaqlayıb özünü asdı

İyunun 3-də Şəmkir rayon sakini 47 yaşlı Rəna Cəfərovanın yaşadığı evdə xəsarət alması və 82 yaşlı atası Sərdar Cəfərovun intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Sərdar Cəfərovun ailə münaqişəsi zəminində yaşadığı evdə qızı Rəna Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır. Zərərçəkmiş Rəna Cəfərovanın vəziyyəti qənaətbəxşdir.

***

Şəmkirdə ailə faciəsi olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini 47 yaşlı A. Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub:

"Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A. Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir".

# 5451
avatar

Oxşar yazılar