Rusiyanın Çelyabinsk şəhərində 17 yaşlı azərbaycanlı qətlə yetirilib.
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, o, şəhərdəki parkların birində əylənərkən bir qrup adamın hücumuna məruz qalıb. Onlardan biri sərxoş halda bıçaqla azərbaycanlıya bir neçə zərbə vurub. Nəticədə oğlan xəstəxanaya çatdırılsa da, qanaxmadan ölüb.
Hadisəni törədən saxlanılıb.