Leninqrad vilayətində oğlan 1,2 milyon rubla (təxminən 25 min 320 manat) görə 59 yaşlı atası və 87 yaşlı babasını öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə mayın 18-də Orlino kəndində baş verib. Məlumata görə, oğlan babasının kartından külli miqdarda pul çıxarıb. Atası və babası oğurluqdan xəbər tutanda onlar arasında münaqişə yaranıb.
Münaqişə zamanı oğlan atası və babasının başına ölümcül zərbələr endirib. Bundan sonra o, ölənlərin cəsədlərini meşəyə apararaq basdırıb.
Ertəsi gün həmin şəxs polis bölməsinə gələrək qohumlarının itkin düşməsi barədə məlumat verib. Lakin asayiş keşikçiləri tezliklə itkin düşdükləri deyilən kişilərin öldüyünü öyrəniblər və onların ölümündə polisə müraciət edən qohumunun əli olduğu məlum olub.
Müraciət edən şəxs saxlanılıb.