Rusiyanın Tula vilayətində beş yaşlı uşaq ögey atası tərəfindən öldürülüb.
Lent.az yerli mediaya istinadən bildirir ki, uşağın anası boşandıqdan sonra keçmiş ərinin “sızdırdığı” intim fotolarını internetdə tapıb. Problemi həll etmək istəyən qadın, bir qrup fahişəyə rəhbərlik edənlərin birindən kömək istəyib. Nəticədə onun qrupunda olan fahişələrdən birinin keçmiş əri, yəni, oğlunu öldürən kişi ilə yaşadığını öyrənib.
Rusiyalı qadın bu məlumatı hüquq-mühafizə orqanları ilə bölüşüb. Bundan sonra əməliyyat tədbirləri ilə azyaşlını öldürən ögey ata saxlanılıb və cinayətini etiraf edib.
Şübhəli şəxs 2020-ci ildə beş yaşlı ögey oğlu ilə tək qaldığını bildirib. Oğlan nadinc olub, ona görə ögey atası tərəfindən döyülüb. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha sonra kişi meyiti maşının baqajına qoyub, meşəyə aparıb və basdırıb.
Eyni zamanda öldürülən uşağın anası oğlunun qətliamından xəbər tutsa da, həmin vaxt qatillə birlikdə yaşamağa davam edib.