İtaliyanın mafiya rəsmiləri 2000-ci ildə mafiya üzvünün bacısı ilə yatmaqda şübhəli bilindiyi üçün güllələnərək öldürülən və sonra turşuda əridilən şəxsin ailəsindən üzr istəyib.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, onlar həmin şəxsin qohumlarına 60 min avro məbləğində təzminat və 120 min avro dəyərində daşınmaz əmlak təklif ediblər.
Sonradan məlum olduğu kimi, 26 yaşlı zərərçəkmişin bu işə aidiyyəti yoxdur.