Türkiyədə kafedə kütləvi dava olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə ötən gün axşam saatlarında İzmirin Menderes qəsəbəsi, Cüneytbəy məhəlləsindəki qəhvəxanada baş verib. Düşmənçilik edən iki qrup aralarındakı münaqişəni müzakirə etmək və həll etmək üçün çayxanada bir araya gəlib. Lakin tərəflər arasında mübahisə yaranıb.
Mübahisə zamanı bir tərəf tapançanı çıxararaq bir-birinin ardınca digər qrupa atəş açıb. Çayxanada böyük çaxnaşma yaşanan hadisədə 7 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu polis və təcili tibbi yardım qrupu göndərilib. Həkimlər 3 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını müəyyən ediblər. İlkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılan yaralılardan daha ikisini xilas etmək mümkün olmayıb.
Polisin keçirdiyi əməliyyatla barəsində həbs qətimkan tədbiri seçilən 13 şübhəlidən 7-si saxlanılıb. Digər 6 şübhəlinin tutulması istiqamətində işlər davam edir.