İsmayıllıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 48 yaşlı Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Uzun illərdir aralarında dostluq münasibətləri olan şəxslər İsmayıllı rayonuna istirahət məqsədilə gəliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.