İcra hakimiyyətinin qarşısında DƏHŞƏT:  qazini ürəyindən vurdular - YENİLƏNİB
08 may 2023 14:56 (UTC +04:00)

İcra hakimiyyətinin qarşısında DƏHŞƏT: qazini ürəyindən vurdular - YENİLƏNİB

Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, mübahisə zamanı bıçaq xəsarətləri alan 22 yaşlı Keran Quliyev Vətən müharibəsi qazisidir. O, "Füzuli və Xocavəndin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilib.

K. Quliyev ürək nahiyəsindən 1 ədəd bıçaq xəsarəti alıb.

Araşdırma aparılır.

***
Saat: 09:56

Salyanda bıçaqlanma hadisəsi olub.

Lent.az-ınməlumatına görə, hadisə Salyan rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən istirahət parkının ərazisində baş verib.

Burada Ərşan Cəfərovla Keran Quliyev arasdında mübahisə yaranıb. Mübahisə zamanı Ərşan Keranın ürək nahiyəsinə bir ədəd bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanılıb və Ə. Cəfərov şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5562
avatar

Mehman Nəbiyev

Oxşar yazılar