Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Emil Ağacanovun hüquqlarını müdafiə edən vəkil məhkəmənin mediaya qapalı keçirilməsi barədə vəsatət verib. Vəkil vəsatəti onunla əsaslandırıb ki, Ağacanov nüfuzlu iş adamıdır, mediada çıxan xəbərlər onun şərəf və ləyaqətinə xələl gətirir, həmçinin ailəsinə mənfi təsir göstərir.
Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatəti əsassız hesab edərək təmin olunmadığını bildirib. Məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid H.E. Emil Ağacanovun onun həyat yoldaşının qardaşı olduğunu bildirib:
"2024-cü ilin iyul ayından Emil özünü normal aparmırdı. Elə hey ona vəyh gəldiyini, Mehdi Sahibi Zaman olduğunu deyirdi. Mərhum İradə xanım onun qayğısına qalırdı, həkimlərə aparırdı. Emilin dinlə, namazla bağlantısı olmayıb. Mən işdə olanda yoldaşım zəng elədi ki, Emil əlini kəsib, mamanı da qucaqlayıb çığırır ki, tez dua elə. Tez evə qaçdım. Emilin gözləri qıpqırmızı olmuşdu. Məni görən kimi kəlllə atdı ki, "Sən cinsən, məni öldürmək istəyirsən". Təcili yardıma zəng edəndə, dedilər ki, bu Maştağalıqdır. Başımızın bu qarışıq vaxtı bir də gördüm Emil əynində alt paltarı qəfil həyətə çıxıb hasarın o biri üzünə tullandı. Sonradan bildik ki, o, Zabratdakı bir məsciddə gizlənib, qadınlar olan tərəfdə. Tez ora getdik. Bizi görən kimi alt paltarında qaçmağa başladı. Qaçıb Emili tutdum, elə bu vaxt polislər gəldi. Onu Sabunçu xəstəxanasına apardılar. İradə xanım da yanında idi. Ürəyimiz gəlmirdi Emili birbaşa dəlixanaya aparmağa. Xəstəxanadan həkim tapdıq, 2 ay müalicə aldı.
Dərmanlarını ancaq ya kafelərdə, ya da İradənin yanında içirdi. Hadisə baş verən gün Eminə yazırdım, cavab vermirdi. Qorxduq ki, birdən nə isə başına iş gələr, odur ki, İlhamla tez qaçdıq həmin evə. İçəri girdik ki, dua səsi gəlir. Balkona qaçdım, İlham hamamın qapısını itələyib açanda gördük ki, Emil paltarsız halda İradəni qucaqlayıb ayətül-kürsü duasını oxuyur. Anar Emili tutub tez qırağa çəkdi, möhkəm yapışdı ki, qaçmasın. İradə xanım gömgöy göyərmişdi. Mən ona cəld süni nəfəs, İlham da ürək masajı etməyə başladıq. Sonra təcili yardıma zəng etdik, "102"yə məlumat verdik".
Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün məhkəmə iclasını 12 fevral saat 16:30-a təyin edib.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Məlum olub ki, uzun müddət sevgi münasibətində olduğu İradənın evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınıb və o, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.
Onu da qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.