Bakıda restoranda insident törədən həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində yerləşən restoranların birində qeydə alınıb.
Gecə saatlarında iaşə müəssisəsinə dostları ilə birgə gələn 40 yaşlı Fərid Nəcəfov (ad soyad şərtidir) obyektin sərxoş halda obyektin qadın işçisinə söz atıb. Bundan sonra həmin işçi və restoranın icarədarı ilə Fəridin arasında mübahisə yaşanıb. İttiham aktına görə, Fərid restoranın icarədarı olan zərərçəkən şəxsi çoxlu sayda müştəri olan həmin məkanda nalayiq ifadələrlə yüksək səslə təhqir edib və vurmaq istəyib. Bu zaman zərərçəkən mətbəxin anbarında gizlənib. Lakin Fərid anbara yaxınlaşaraq, əvvəl təpiklə, sonra bıçaqla qapıya vurmağa başlayıb. Bıçaq zərbələrindən biri icarədarın qoluna dəyib.
Bu əməlinə görə, Fərid Nəcəfov saxlanılıb və barəsində xuliqanlıq maddəsilə cinayət işi başlanıb.
Yasamal rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.