Rusiyada dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Xabarovsk diyarında baş verib. Kişi öz dostunu öldürərək meyitini parçalayıb. Daha sonra həmin parçaları mənzildən çıxarıb.
Hadisəni 35 yaşlı Sovetskaya Qavan sakininin törətməsi üzə çıxıb.
Məlumata görə, o, 2022-ci ilin avqustunda sərxoş halda dostunu vəhşicəsinə öldürüb. Bildirilir ki, qatil əvvəlcə dostunu boynundan bıçaqlayıb.
Daha sonra törətdiyi cinayətin izini gizlətmək qərarına gəlib və qətlə yetirilən şəxsin meyitini bir ay ərzində hissə-hissə mənzilindən çıxarıb.
“Müttəhim cinayətdə təqsirini qismən boynuna alıb, hücum edəndən özünü müdafiə etdiyini izah edib və diqqəti cəlb etmədən ondan canını qurtarmaq üçün meyiti parçalara ayırıb”, – prokurorluğun saytında bildirilir.
Nəticədə Sovetsko-Qavanski şəhər məhkəməsi təqsirkar şəxsi 9 il müddətinə azadlıqdan məhrum edib.