Deputat Vüqar Bayramovun qardaşına 9 il şərti cəza istənildi - “QHT işi”
19 avqust 2026 10:56 (UTC +04:00)

Deputat Vüqar Bayramovun qardaşına 9 il şərti cəza istənildi - “QHT işi”

0

“QHT işi” üzrə təqsirləndirilən iqtisadçı Qalib Bayramovun məhkəməsi davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Bayramovun 3 il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı onun 5 il sınaq müddəti müəyyən edilməklə 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti məhkəmə prosesi sentyabrın 9-u saat 14:00-a təyin olunub.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci və 308-ci maddələri ilə ittiham irəli sürülüb. O, cinayət yolu ilə əldə edilmiş əmlakı xeyli miqdarda leqallaşdırmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Qalib Bayramov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Qalib Bayramov millət vəkili Vüqar Bayramovun və iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar