Mayın 27-si Cəlilabad rayon sakini 38 yaşlı Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 32 yaşlı Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
***
Saat: 19:18
Cəlilabadda qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, mayın 27-də saat 18:30-da Cəlilabad rayonu Əliqasımlı kəndində 38 yaşlı Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 32 yaşlı Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub.
Araşdırma aparılır.