Türkiyədə ər arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İzmir şəhərinin Konak qəsəbəsində baş verib. 50 yaşlı Kutbettin Kolaman səhərtezdən işə getmək üçün evdən çıxan 4 uşaq anası 39 yaşlı Recibe Kolamanı izləyib. K. Kolaman bir az sonra 4 yaşlı uşağı ilə gedən arvadını tapança ilə başından atəş açıb. Daha sonra yanına gedərək 2 güllə də vurub və arvadının öldüyünə əmin olub.
Məlumata görə, K. Kolaman mütəmadi olaraq arvadı Recibeyə şiddət göstərib. Bundan bezən qadın ötən ilin noyabrında boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə onun şiddət görməsi ilə əlaqədar qadının ərindən ayrı yaşaması barədə qərar çıxarıb. Onun əri Kutbettin Kolaman isə yaşadıqları evdən arvadına pay verməmək üçün əmlakı qohumuna satıb. Dəfələrlə qadını ölümlə hədələyib. Recibe isə 4 uşağı ilə birgə ərinin satdığı həmin evdə yaşamağa davam edib. Qətlin məhz qadının həmin evdən çıxmadığı üçün baş verdiyi bildirilir.
Hadisədən sonra kişi polisə gedərək təslim olub. Araşdırma aparılır.