Amur vilayətində iki nəfər 31 yaşlı dostunu təkləyib döyüblər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, dostlar spirtli içki qəbul edərkən mərhumdan borcunu istəyiblər. Bundan sonra tərəflər arasında mübahisə düşüb və iki dost digərini döyərək öldürüblər.
Onlar cəsədi basdırıb sonra isə beton plitələr döşəyiblər.
Təqsirləndirilən şəxslər törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qətl”) ilə cinayət işi başlanıb.