Sankt-Peterburqda Belarus vətəndaşının meyiti tapılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, meyitin üzündə çoxsaylı xəsarətlər aşkarlanıb.
Qeyd olunur ki, kişi meyiti ötən gün səhər saatlarında Pulkovskoye şossesində evlərin birinin pilləkənində tapılıb.
Məlumata görə, kişi iki gün əvvəl dünyasını dəyişib. Həmçinin müəyyən edilib ki, həmin şəxs 2016-cı ilin əvvəlində Rusiyaya gəlib.
Ekspertlər meyitin vizual müayinəsi zamanı zərərçəkmişdə burun sınığı və bir sıra digər üz xəsarətləri aşkar ediblər.
Hazırda meyitxanadadır və ölüm səbəbinin müəyyən edilməsi üçün araşdırma aparılır.