Bakının mərkəzində bıçaqlayıb pulunu aldılar
01 iyun 2023 12:29 (UTC +04:00)

Bakının mərkəzində bıçaqlayıb pulunu aldılar

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 29-da Yasamal rayonunun Mətbuat prospektində bir nəfərin qol nahiyəsinə bıçaqla xəsarət yetirilməklə 30 manatının talanması barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fərid Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 2439
avatar

Oxşar yazılar