Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 24-də Y.Səfərov küçəsində Bakı şəhər sakini N.Əliyevin mobil telefonu quldurluq yolu ilə talanıb.
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.