Bakıda taksi sürücüsünü vurub pulunu aldılar
15 avqust 2023 17:54 (UTC +04:00)

Bakıda taksi sürücüsünü vurub pulunu aldılar

Bakıda taksi sürücüsünə qarş quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 14-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində baş verib. “Khazar” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin sürücüyə zor tətbiq edərək 50 manat pulunu almaları barədə polisə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Hümbətzadə saxlanılıb, digər şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869

Oxşar yazılar