Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində T.Misriyev döyülüb, 70 manat pulu və mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Salehov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.