Bakıda bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 17-də gecə saatlarında Məhəmmədi qəsəbəsi ərazisindən kişi cinsindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Şahin Əliyev müəyyən olunaraq saxlanılıb.
Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.