Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saat 1 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 32 yaşlı Məmmədov Emil Nurməmməd oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.